Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Çıxışlıq halda olan sözlə işlənən qoşmalarda interpozisiya hadisəsi: struktur-semantik təhlil

 

Təranə Nağıyeva

 

Xülasə. Məqalədə Azərbaycan dilində çıxışlıq hal forması ilə işlənən qoşmalar arasında müşahidə olunan interpozisiya hadisəsi struktur-semantik baxımdan araşdırılır. Ənənəvi qrammatik təsvirlərdə qoşma ilə onun idarə etdiyi söz arasında sıx sintaktik vahid təşkil edildiyi və araya başqa elementin daxil olmadığı qəbul edilir. Tədqiqatın məqsədi canlı danışıq dilində bu qaydadan kənara çıxan nümunələri müəyyənləşdirmək, struktur xüsusiyyətlərini təsnif etmək və hadisənin semantik əsaslarını aydınlaşdırmaqdır. Tədqiqat materialını canlı dil müşahidəsi əsasında toplanmış nümunələr təşkil edir. Təhlil zamanı çıxışlıq hal formasında olan sözlərlə “əvvəl”, “sonra” və “qabaq” qoşmaları arasında işlənən elementlər struktur xüsusiyyətlərinə görə qruplaşdırılmışdır. Araşdırma nəticəsində bağlayıcı, ədat, miqdar və zaman zərfləri, müəyyən və təxmini miqdar bildirən say-isim birləşmələri, eləcə də tərkibli konstruksiyaların qoşma ilə çıxışlıq hal forması arasında işlənə bildiyi müəyyən edilmişdir. Xüsusilə “əvvəl” və “sonra” qoşmalarında zaman məsafəsini konkretləşdirən elementlərin yerləşməsi interpozisiyanı şərtləndirən semantik amillərdən biri kimi çıxış edir. Tədqiqatın elmi yeniliyi çıxışlıq hal ilə işlənən qoşmalı konstruksiyalarda interpozisiyanın sistemli müəyyənləşdirilməsi və struktur-semantik xüsusiyyətlərinə görə təsnif edilməsidir.

 

Açar sözlər: qoşma, çıxışlıq hal, interpozisiya, qoşmalı konstruksiya, zaman qoşmaları, struktur-semantik təhlil

 


Baxış: 9