Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/118/64-68

Asəf Hüseynov

Azərbaycan Respublikası DİN-in Polis Akademiyası

UOT KOD: 343.13

https://orcid.org/0009-0005-9525-1447

huseynovasef504@gmail.com

 

Cinayət-Prosessual Məcəllənin 28-ci maddəsinin

təkmilləşdirilməsinə dair

 

Xülasə

 

Bildiyimiz kimi, Azərbaycan Respublikası CPM-in 28-ci maddəsi “Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi” adlanır. Sözügedən normativ-hüquqi aktın 7.0.8 -ci maddəsinə müvafiq olaraq cinayət mühakimə icraatı dedikdə, AR CPM ilə nəzərdə tutulmuş qaydada məhkəməyədək, habelə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan icraat başa düşülür. Buna baxmayaraq 28-ci maddənin normaları yalnız hakim və məhkəmə anlayışlarından istifadə edərək cinayət mühakimə icraatının digər iştirakçılarının – prokuror, müstəntiq, təhqiqatçı və s. obyektiv, qərəzsiz və ədalətlilik prinsiplərini öz fəaliyyətlərinə tətbiq etməsinə ciddi normativ maneə törədir. Bu səbəbdən müvafiq maddədəki “məhkəmə” və “hakim” anlayışlarının cinayət mühakimə icraatının iştirakçıları ( prokuror, müstəntiq və hakim) anlayışı ilə əvəz olunmasını məqsədə müvafiq hesab edirəm.

Açar sözlər: obyektivlik, qərəzsizlik, ədalətlilik, ictimai iddia


Baxış: 297