DOI: https://doi.org/10.36719/2706-6185/46/38-41
Cavid Babayev
Naxçıvan Dövlət Universiteti
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0009-2472-0006
cavidbabayev@ndu.edu.az
Cənubi Afrika ingiliscəsinin xüsusiyyətləri
Xülasə
Məqalədə Cənubi Afrika Respublikasında mövcud olan digər rəsmi dillərlə yanaşı, Cənubi Afrika ingiliscəsinin fonetik və leksik xüsusiyyətləri araşdırılıb. Statistikanı təhlil edərkən ortaya çıxır ki, yerli dillər olan zulu və xosa dillərindən və Cənubi Afrika Respublikasının ilk əcnəbi dili olan holland mənşəli afrikans dilindən sonra ingilis dili burada danışılan 4-cü ən geniş yayılmış dildir. Bura ilk əcnəbi dili təqribən 400 il bundan əvvəl hollandlar gətirib. Holland dili də ingilis dili kimi german mənşəli dildir. Bu dil burada uzun müddət ticarət və idarəçilik dili olsa da, 1822-ci ildə Lord Çarlz Somerset ingilis dilini ölkədə rəsmi dil elan etdikdən sonra təhsil sahəsinə ingilisdilli məmur və müəllimlər cəlb olundu. Bununla da ingilis dilinin ölkədə təbliğatı və yayılması daha da gücləndi. Bununla da əvvəllər hökmranlıq edən afrikans artıq öz yerini ingilis dilinə verməyə başladı.
Açar sözlər: afrikans, Cənubi Afrika ingiliscəsi, zulu, holland, xosa, svati