Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/59/26-30 

Ləman Əliyeva

Bakı Dövlət Universiteti

tarix üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0003-3249-5546

aliyevalaman09@gmail.com

 

Birinci Dünya Müharibəsi ərəfəsində və dövründə siyasi vəziyyət və Ser Mark Sayksın Britaniyanın Yaxın Şərq siyasətini yenidən formalaşdıran rolu

 

Xülasə

 

Birinci Dünya Müharibəsi başlamazdan əvvəl dünya siyasətinin formalaşmasında iki güclü ittifaq üstünlük təşkil edirdi: Üçlü Antanta və Üçlər İttifaqı. Birinci Dünya Müharibəsinin başlaması 1914-cü ilin avqustuna təsadüf etsə də, həmin ilin noyabr ayında Osmanlı Sultanının Antantaya qarşı cihad elan etməsi gedişata böyük təsir göstərdi. Yaxın Şərqdəki siyasi vəziyyətin dəyişməsi Böyük Dövlətlər, o cümlədən İmperiya Yolunun və neft ehtiyatlarının təhlükəsizliyindən ehtiyat edən Böyük Britaniya üçün böyük əhəmiyyət kəsb edirdi. Böyük Britaniya dərhal Yaxın Şərq siyasətində yeni strategiyalar axtarmağa başladı. De Bunsen Komitəsinin yaradılması, ingilis dövlət xadimi Ser Mark Sayksın “Yaxın Şərqi yenidən quran şəxs” kimi formalaşmasında ilk addım oldu. Yaxın Şərq və Osmanlı İmperiyası haqqında geniş biliyi ilə Mark Sayks qısa müddətdə Böyük Britaniyanın xarici siyasətinin formalaşmasında özünəməxsus yer qazandı. Onun karyerasında yerinə yetirdiyi ən əhəmiyyətli vəzifə isə Sayks-Pikot müqaviləsinin bağlanması idi.

Açar sözlər: Böyük Britaniya, Fransa, Birinci Dünya Müharibəsi, Ser Mark Sayks, Sayks-Pikot müqaviləsi


Baxış: 7