Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/54/106-109

Fariz Vəliyev

Bakı, Azərbaycan

https://orcid.org/0009-0007-2412-1842

veliyevfariz8@gmail.com

 

Beynəlxalq cinayət anlayışına

müasir hüquqi yanaşma

 

Xülasə

 

Məlumdur ki, sosial təzahür olan cinayətkarlıq inkişaf etməkdədir, onun müxtəlif formaları yaranır, beynəlxalq cinayətkarlığın isə yeni növləri adətən bir neçə ölkənin deyil, bütövlükdə genişmiqyaslı regionların ərazisini əhatə edir. Bir çox hallarda beynəlxalq cinayətlərlə mübarizənin bir ölkənin hüdudları daxilində həyata keçirilməsi mümkün olmadığından problem qlobal xarakter daşıyır və ağır nəticələrə səbəb olur. Qlobal xarakter bir neçə ərazini əhatə etməklə yanaşı, həmçinin onların böyük ictimai təhlükə kəsb etməsinə, mühüm insan tələfatı və irihəcmli ziyanın vurulması ilə nəticələnməsinə, iqtisadi böhranlar, kəskin iqlim dəyişiklikləri, genişmiqyaslı müharibələr kimi müxtəlif problemlərin yaranmasına gətirib çıxarır. Göstərilənlərin nəticəsi olaraq dövlətlər bu sahədə əməkdaşlığa böyük önəm verməli, beynəlxalq əlaqələri daha da gücləndirməli, yeni razılaşmaların əldə olunmasında maraqlı olmalıdırlar.

Açar sözlər: beynəlxalq hüquq, beynəlxalq cinayət, transmillilik, konvensiya

 

 


Baxış: 12