Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Bank uçot dərəcələrinin səhm qiymətləri üzərinə təsiri

 

Rüfanə Abdurahmanova Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. Tədqiqatın aktuallığı müasir maliyyə bazarlarında bank uçot dərəcələrinin səhmlərin qiymətlərinə təsirinin əhəmiyyətindən irəli gəlir. Mərkəzi bankların faiz dərəcələrini dəyişdirməsi yalnız iqtisadi artım və inflyasiya səviyyəsinə təsir etmir, eyni zamanda investorların gəlir gözləntilərinə təsir göstərərək səhmlərin dəyərini də dəyişdirir. Uçot dərəcələrinin artırılması investorların alternativ gəlir mənbələrinə yönəlməsinə səbəb olaraq səhmlərin qiymətlərini aşağı sala bilər, azalması isə investisiya marağını artıraraq bazar qiymətlərini yüksəldə bilər. Bu mexanizmlər xüsusilə qısamüddətli dövrdə səhm bazarının davranışını izah edən IS–LM modeli vasitəsilə daha dəqiq təhlil olunur, bu model faiz dərəcələrinin dəyişməsinin kapital bazarına dolayısı ilə təsirini göstərə bilir.

Empirik tədqiqatlar göstərir ki, müxtəlif ölkələrdə faiz dərəcələri ilə səhm qiymətləri arasında əsasən tərs əlaqə mövcuddur, lakin bu əlaqənin intensivliyi ölkələrin iqtisadi inkişaf səviyyəsindən, maliyyə bazarlarının dərinliyindən və institusional mühitdən asılı olaraq dəyişir. Azərbaycanda aparılan araşdırmalar isə nisbətən məhduddur və daha çox ümumi monetar siyasət çərçivəsində qiymətləndirilir. Bu səbəbdən, mövzunun sistemli və statistik əsaslarla araşdırılması tələb olunur. Tədqiqatın obyekti Azərbaycan iqtisadiyyatında pul-kredit siyasəti və kapital bazarı sistemi, predmeti isə bank uçot dərəcələrinin səhm bazarına təsir mexanizmləri və investor davranışları ilə qarşılıqlı əlaqəsidir. Tədqiqat həm nəzəri, həm də empirik üsullardan istifadə edərək faiz dərəcələrinin səhm qiymətlərinə təsirini analiz etmiş, qısa və uzunmüddətli təsirlərini müəyyənləşdirmişdir .

 

Açar sözlər: bank, səhm, iqtisadi, borc, inflyasiya, ekonomik, maliyyə, risk, investor

 


Baxış: 7