Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/54/37-41

Mehman Həsənli

Azərbaycan Memarlıq və İnşaat Universiteti

doktorant

https://orcid.org/0009-0008-6369-7059

mehmanhli10@gmail.com

 

Azərbaycanın sənaye parklarında istehsal sahibkarlığının

genişləndirilməsi üçün dövlət–özəl tərəfdaşlıq mexanizmləri

 

Xülasə

 

Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişafı və sənayeləşmənin dərinləşməsi üçün son illərdə sənaye parkları və sənaye məhəllələri mühüm alətə çevrilmişdir. Bu zonalarda sahibkarlar üçün yaradılmış güzəştlər nəticəsində 2013-cü ildən bəri yüzlərlə yeni istehsal müəssisəsi fəaliyyətə başlamış, milyardlarla manat investisiya cəlb edilmiş və minlərlə daimi iş yeri yaradılmışdır. Lakin müşahidə edilir ki, sənaye parklarının potensialının tam reallaşdırılması və istehsal sahibkarlığının daha da genişləndirilməsi üçün əlavə maliyyə və idarəçilik resurslarına ehtiyac vardır. Məqalədə dövlət–özəl tərəfdaşlığının (DÖT) bu sahədəki rolu və tətbiqi imkanları araşdırılır. Dünyada DÖT mexanizmləri infrastruktur layihələrinin maliyyələşdirilməsində və sənaye zonalarının idarəçiliyində səmərəli vasitə kimi tanınır. Azərbaycanda isə 2022-ci ildə ilk dəfə qəbul edilmiş DÖT qanunu bu cür əməkdaşlıqlar üçün hüquqi zəmin yaratmışdır. Tədqiqatda mövcud sənaye parklarının inkişaf göstəriciləri təhlil edilir, dövlətin tətbiq etdiyi güzəşt və dəstək mexanizmləri nəzərdən keçirilir. Müxtəlif müəlliflərin yanaşmaları müqayisə olunaraq göstərilir ki, dövlətin investisiya gücünə özəl sektorun əlavə dəstək verməsi sənaye sahəsində innovasiya və diversifikasiya prosesini sürətləndirə bilər. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə yaradılan yeni sənaye parklarında infrastruktur quruculuğu və istehsal obyektlərinin yaradılmasına böyük həcmdə vəsait tələb olunur. Bu kontekstdə DÖT çərçivəsində özəl investisiyaların cəlb edilməsi və birgə maliyyələşdirmə mexanizmləri dayanıqlı inkişafı təmin edəcək əsas amillər kimi dəyərləndirilir. Məqalədə əldə edilmiş nəticələr göstərir ki, dövlət–özəl tərəfdaşlığı sənaye parklarında istehsal sahibkarlığını genişləndirməklə qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payını artırmağa, yeni iş yerlərinin yaradılmasını sürətləndirməyə və innovativ fəaliyyətləri stimullaşdırmağa ciddi töhfə verə bilər.

Açar sözlər: sənaye parkı, istehsal sahibkarlığı, DÖT, investisiya təşviqi

 


Baxış: 22