Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/56/99-104

Günay Hüseynzadə

Bakı Biznes Universiteti

magistrant

https://orcid.org/0009-0009-5934-0572

gunayhuseynzad111@gmail.com

 

Azərbaycanda sosial müdafiə sisteminin inkişaf istiqamətləri

 

Xülasə

 

Məqalədə Azərbaycanda sosial müdafiə sisteminin mövcud vəziyyəti və onun gələcək inkişaf istiqamətləri kompleks şəkildə təhlil olunur. Sosial müdafiə sistemi əhalinin sosial risklərdən qorunması, gəlir bərabərsizliyinin azaldılması və sosial ədalətin təmin olunması baxımından dövlət siyasətinin mühüm tərkib hissəsidir. Müasir dövrdə qlobal iqtisadi dəyişikliklər, demoqrafik transformasiyalar, əmək bazarındakı yeniliklər və sosial strukturun dəyişməsi sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsini zəruri edir. Sosial müdafiə sisteminin əsas komponentləri olan sosial sığorta, pensiya təminatı, ünvanlı dövlət sosial yardımı, sosial xidmətlər və aktiv məşğulluq proqramları elmi yanaşma əsasında araşdırılır. Eyni zamanda, sosial müdafiənin şəffaflığının və əlçatanlığının artırılması baxımından mühüm inkişaf istiqaməti kimi qiymətləndirilir.

Sosial müdafiə sisteminin davamlı inkişafı üçün inklüzivliyin daha da gücləndirilməsi, həssas əhali kateqoriyalarının cəmiyyətə inteqrasiyasının təmin edilməsi, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi və sosial xidmətlərdə peşəkarlıq səviyyəsinin artırılması xüsusi əhəmiyyət daşıyır. Məqalədə sosial müdafiə siyasətinin yalnız maddi təminat mexanizmi kimi deyil, insan kapitalının inkişafına, sosial sabitliyin qorunmasına və sosial dövlət modelinin möhkəmləndirilməsinə xidmət edən strateji istiqamət kimi qiymətləndirilməsi əsaslandırılır.

Açar sözlər: sosial müdafiə sistemi, sosial siyasət, sosial ədalət, inklüzivlik, sosial xidmətlər, əhali, inkişaf

 

 


Baxış: 2