Azərbaycanda rəqəmsal texnologiyaların beynəlxalq təchizat zəncirində tətbiqinin qiymətləndirilməsi
Atabəy Rəşidli
Xülasə. Bu məqalədə Azərbaycanda rəqəmsal texnologiyaların beynəlxalq təchizat zəncirində tətbiqi və onun effektivliyi qiymətləndirilir. Ölkədə rəqəmsallaşma siyasəti çərçivəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən təşəbbüslər logistika və ticarət proseslərinin optimallaşdırılmasına şərait yaratmışdır. Elektron gömrük sistemləri, rəqəmsal platformalar və innovativ texnologiyalar əməliyyat xərclərini azaldır, şəffaflığı artırır və təchizat zəncirində koordinasiyanı gücləndirir. Qiymətləndirmə nəticəsində müəyyən olunur ki, bu texnologiyaların tətbiqi Azərbaycanın beynəlxalq ticarətdə rəqabət qabiliyyətini artırsa da, kibertəhlükəsizlik, infrastruktur və insan kapitalının inkişafı kimi məsələlər hələ də aktual olaraq qalır.
Açar sözlər: rəqəmsallaşma, logistika, təchizat, gömrük, rəqabət