Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Azərbaycanda milli şüurun formalaşmasında

Əlimərdan bəy Topçubaşovun rolu

 

Rafail Əhmədli

 

Xülasə. Məqalədə XX əsrin əvvəllərində Çar Rusiyası ərazisində baş verən ictimai-siyasi proseslər və bu proseslər nəticəsində daha da artan milli özünüdərk və milli azadlıq hərəkatında Əlimərdan bəy Topçubaşovun yeri və rolu araşdırılır Onun fəaliyyətində nəinki Azərbaycan xalqının, bütün Rusiyada yaşayan türklərin mənafeyi uğrunda mübarizəsinə nəzər yetirilir. Eyni zamanda əsərdə Ə. Topçubaşov bu illərdə Bakı Dumasının üzvü, və sədri olması, Rusiya ərazisində yaşayan müsəlmanların siyasi təşkilatını- “İttifaqi Müslimin” adlı siyasi partiyanı yaradanlardan biri olması, partiyanın proqramını hazırlaması və üzvü və sədri olması bu proqramda ilk dəfə olaraq muxtariyyət məsələsinin qoyulması qeyd olunaraq mütəfəkkirin milli şüurun inkişafı istiqamətində fəaliyyəti vurğulanır. Böyük mütəfəkkirin bütün Çar Rusiyada qanunların təkmilləşdirilməsi və Rusiyada yaşayan müsəlman türklərin sosial-mədəni hüquqlarının həll edilməsi, müsəlmanların rus xalqı ilə eyni hüquqa malik olması, siyasi, mədəni və dini azadlıqlar verilməsi üçün yalnız nəzəri müddəalar irəli sürməklə kifayətlənməməsi, müsəlmanların mütərəqqi ziyalılarını bu məqsədlər ətrafında birləşərək qanuni yollarla bütün məhdudiyyətlərin aradan qaldırılmasına səsləməsi və buna nail olmağa çalışması araşdırılır.

 

Açar sözlər: Azərbaycan, Rusiya, Milli şüur, Ümumrusiya, Müsəlman Qurultayları, Cümhuriyyət, Duma, hüquq

 


Baxış: 19