Azad iqtisadi zonalarda hüquqi tənzimləmə
İlahə Nəsirova
Xülasə. Azad iqtisadi zonalarda (AİZ) hüquqi tənzimləmə dövlətin investisiya siyasətinin və iqtisadi liberallaşma strategiyasının mühüm tərkib hissəsidir. AİZ-lər xüsusi hüquqi rejim tətbiq edilən, sahibkarlıq fəaliyyətinin təşviq olunduğu, vergi və gömrük güzəştlərinin verildiyi və inzibati prosedurların sadələşdirildiyi ərazilərdir. Bu zonaların hüquqi əsasları xüsusi qanunlar və normativ aktlarla müəyyən olunur və rezidentlərin statusunu, hüquq və vəzifələrini, investisiyaların qorunmasını və mübahisələrin həlli mexanizmlərini əhatə edir.
AİZ-lərdə hüquqi rejim daha elastik və stimullaşdırıcı xarakter daşıyır, investorlara vergi güzəştləri, valyuta sərbəstliyi və xüsusi istifadə şərtləri təqdim edilir. Bu tənzimləmənin məqsədi investisiya mühitini cəlbedici etmək və eyni zamanda milli iqtisadi maraqları qorumaqdır. Beynəlxalq təcrübədə AİZ-lər müxtəlif formalarda – sənaye parkları, texnoparklar və logistika mərkəzləri kimi fəaliyyət göstərir və onların effektivliyi hüquqi sabitlik, güclü idarəetmə və investor hüquqlarının təminatı ilə bağlıdır.
Açar sözlər: azad, hüquqi, investisiya,vergi və gömrük, beynəlxalq, liberallaşma