https://doi.org/10.36719/2706-6185/43/35-39
Vüqar Abdullayev
Milli Azərbaycan Tarixi Muzeyi
sənətşünaslıq üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-4403-8778
abvugar@yahoo.de
Almaniyada Azərbaycan diasporunun təşəkkülü tarixindən
Xülasə
Bu məqalədə Azərbaycan diasporunun Almaniya Federativ Respublikasında yaranması, fəaliyyəti və təşəkkülündən bəhs olunur. Diasporumuzun Almaniyada yaranış tarixi və fəaliyyətində açar rolu oynamış ictimai xadimlər haqqında və ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Almaniyada Azərbaycan diasporunun daha da qüvvətlənməsi və ardıcıl işləməsi qeyd olunur. Tarixən qədim köklərə malik olan Almaniya – Azərbaycan əlaqələri, bu əlaqələrin təşəkkülündə əhəmiyyətli rol oynayan insanlardan bəhs olunan məqalədə, hələ Birinci Dünya müharibəsindən əvvəl Azərbaycanda yaranmış alman konsulluğundan söz açılır. Azərbaycanda – Gədəbəydə mis mədənlərində çalışan almaniyalı mütəxəssislərin təkidi ilə bu ərazidə, sonra isə Bakıda yaranmış alman konsulluğunda və onun alman-Azərbaycan dostluq əlaqələrinin yaranmasından bəhs olunur. Eyni zamanda konsulluğun 1905-ci il fevral ayında ermənilərin Azərbaycanın müxtəlif rayonlarında və Bakı şəhərində azərbaycanlılara qarşı törətdiyi qətliamdan da söz açılır. Məqalədə hələ Birinci Dünya müharibəsindən əvvəl və Çar Rusiyası dövründə Azərbaycan ziyalılarının Almaniyada gələcəkdə Azərbaycan diasporunun yaradılmasındakı fəaliyyətindən danışılır. Beləliklə, məqalədə, əsasən, Almaniyada fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətindən, təşəkkülü tarixindən danışılaraq, bu günümüzdə diasporun qloballaşan dünyamızda Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə düzgün şəkildə çatdırmaqda mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır.
Açar sözlər: diaspora, mühacirlər, Almaniya, vətən tarixi