Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/110/15-21

Ofelya Müslümova

Gəncə Dövlət Universiteti

 filologiya üzrə fəlsəfə doktoru

UOT: 811

https://orcid.org/0009-0009-5221-2877

ofelya.muslumova@inbox.ru

 

Alman maarifçi mütəfəkkirləri və onların klassizmə qarşı mübarizəsi

 

Xülasə

Müəllifin qeyd etdiyi kimi, maarifçilik dövrü Avropada burjua inqilablarına hazırlıq dövrü, feodal quruluşuna və onun ideologiyasına qarşı mübarizə dövrü kimi başa düşülür. Bütün ölkələrdə maarifçi mütəfəkkirlər o vaxtkı mütərəqqi, inqilabçı burjua sinfinin nümayəndələri idilər. O dövrün özəlliyi onda idi ki, maarifçilik mütəfəkkirləri feodal qaydalarına, təhkimçiliyə, kilsənin hər şeyə qadirliyinə etiraz edərək xalqın bütün demokratik təbəqələrinin mənafeyini təmsil edirdilər və Almaniyada milli birləşmənin tərəfdarı idilər. Müəllifin fikrincə, bütün Avropada maarifçilik hərəkatının inqilabi əhəmiyyəti bu idi. Avropanın hər bir ölkəsində maarifçilik, xüsusən də inqilabi istəklərinin dərəcəsi baxımından xüsusi xarakter daşıyırdı. Maarifçilik dövrünün mütəfəkkirlərinin bir çoxu hesab edirdilər ki, ağıl səltənətinə sülh yolu ilə, ilk növbədə, bütün insanların yenidən tərbiyəsi və hər şeydən əvvəl, ağlı başına gəlməli olan monarxların yenidən tərbiyəsi ilə nail olmaq olar. Müəllifin dediyi kimi, o dövrdə ədəbiyyata insanların əxlaqi-intellektual tərbiyəsi və kamil­ləşməsinin təsirli vasitəsi kimi baxılırdı. O dövrdə bu qəbildən olan bir çox jurnallar var idi ki, onla­rın mövzuları əsasən təhsil əxlaqı, o cümlədən qadınların təhsili, uşaqların təhsili, moda, o cüm­lədən ədəbiyyat, teatr, dil, və din idi. Siyasi məsələlər demək olar ki, müzakirə olunmurdu. Fransız maarifçiliyindən fərqli olaraq, alman maarifçiliyi siyasi xarakter daşımırdı, daha çox ədəbi xarakter daşıyırdı. Alman səfaləti maarifçiliyin üsyankar xarakterini zəiflətdi; ölkənin parçalanması alman maarifçi mütəfəkkirlərini inqilaba olan bütün ümidlərini itirməyə vadar etdi. 18-ci əsrin ortalarına qədər alman ədəbiyyatı çox yavaş inkişaf etdi və bir qədər sonra Lessinq, Höte və Şiller kimi dünya səviyyəli böyük şəxsiyyətlər yetişdirdi. Alman maarifçiliyinin ən məhsuldar dövrü yalnız 50-60-cı illərdə Lessinqlə başladı.

Açar sözlər: maarifçilik dövrü, maarifçi mütəfəkkirlər, ağıl səltənəti, maarifçilik hərəkatı, əxlaqi-intellektual tərbiyə, mübarizə yolları


Baxış: 483