Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/56/121-126 

Nilufər Qədiməliyeva

Bakı Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0007-5883-0831

qadimalinilufar@gmail.com

 

Alfred Mehen və geosiyasətdə “dəniz determinizmi” konsepsiyası

 

Xülasə

 

Məqalədə görkəmli hərbi nəzəriyyəçi Alfred Tayer Mehenin elmi irsi və onun “dəniz determinizmi” paradiqmasının yaradıcısı kimi rolu tədqiq edilir. Müəllif qeyd edir ki, XIX əsrin sonunda qlobal iqtisadi asılılığın artması dünya dövlətlərinin yüksəlişi və tənəzzülü qanunauyğunluqlarını dəniz faktorları prizmasından izah edən sistemli konsepsiyanın yaranmasını zəruri etmişdir. Tədqiqatda Mehenin “dəniz gücü” (Sea Power) anlayışı sadəcə hərbi doktrina deyil, coğrafiya, iqtisadiyyat və dövlət iradəsinin vəhdəti kimi təhlil olunur.

Məqalədə Mehenin dəniz məkanını iqtisadi mübadilə və strateji təsir sahəsi kimi nəzərdən keçirdiyi, dövlətlərin tarixi inkişafını dəniz kommunikasiyalarına nəzarət imkanları ilə əlaqələndirdiyi göstərilir. Eyni zamanda, bu nəzəriyyənin XIX əsrin sonu – XX əsrin əvvəllərində aparıcı dövlətlərin xarici siyasətində tətbiqi və dünya siyasətinin ideoloji faktoruna çevrilməsi məsələləri araşdırılır.

Müəllif Mehen nəzəriyyəsinin müasir dövrdəki aktuallığını və XXI əsrin qlobal çağırışlarına adaptasiya imkanlarını qiymətləndirərək belə bir nəticəyə gəlir ki, “dəniz determinizmi” hələ də dövlətlərin strateji təfəkkürünü formalaşdıran mühüm geosiyasi alətdir.

Açar sözlər: dəniz determinizmi, Alfred Mehen, geosiyasət, dəniz gücü, qlobal ticarət yolları, strateji hökmranlıq



Baxış: 2