Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/118/69-74

Aysu Musayeva

Bakı Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0009-4501-9454

aysu.musayeva289@gmail.com

 

Ada turizmi və ekoloji tarazlıq

 

Xülasə

 

Məqalədə ada turizminin ekoloji tarazlığa təsiri, mövcud problemlər və davamlı inkişaf modelləri elmi əsaslarla təhlil olunur. Adaların ekosistem baxımından kövrək təbiəti, turizm fəaliyyətlərindən qaynaqlanan təzyiqləri daha da dərinləşdirir. Məqalədə Gökçeada və Bozcaada kimi konkret nümunələr üzərindən ada turizminin sosial və təbii mühitə təsirləri qiymətləndirilir, eyni zamanda Seyşel və Azor adalarında tətbiq olunan ekoturizm strategiyalarına istinad edilir. Tədqiqatın nəticələri göstərir ki, planlaşdırılmış və icma əsaslı turizm yanaşmaları, adalarda təbii resursların mühafizəsi və mədəni irsin qorunması üçün mühüm vasitələrdir. Məqalə həm nəzəri, həm də praktik səviyyədə ada turizminin davamlı idarə olunması üçün tövsiyələr təqdim edir.

Açar sözlər: Ada turizmi, ekoturizm, ekoloji tarazlıq, davamlı inkişaf, biomüxtəliflik, daşıma tutumu, icma əsaslı turizm, yaşıl ada strategiyası


Baxış: 286