DOI: https://doi.org/10.36719/2663-4619/118/138-143
Saleh Nağıyev
Bakı Dövlət Univeristeti
https://orcid.org/0000-0002-5610-5851
naqiyevsaleh@mail.ru
İlahə Əliyeva
Bakı Dövlət Universiteti
https://orcid.org/0009-0006-1442-755X
ilaheliyeva998@mail.ru
Abşeron-Xızı iqtisadi rayonunda kənd təsərrüfatının ərazi üzrə təşkili
Xülasə
Tədqiqat işində Abşeron-Xızı iqtisadi rayonunda kənd təsərrüfatının ərazi üzrə təşkili, o cümlədən bu ərazilərdə kənd təsərrüfatının inkişaf perspektivləri təhlil edilmişdir. Region üzrə ümumi araşdırmalar nəticəsində əldə olunan məlumatlara əsasən deyə bilərik ki, ərazidə kənd təsərrüfatı kəndyanı sahələrdə daha yaxşı inkişaf etmiş, şəhərlərdə isə qismən formalaşmışdır. Regionda kənd təsərrüfatının ümumi inkişafı haqqında məsələlərə aydınlıq gətirilmiş, tövsiyyələr verilmişdir.
Məqalədə tədqiqat aparılan dövr ərzində (1989-2023-cü illər) iqtisadi rayonda kənd təsərrüfatına dair proseslər öyrənilmiş, onların iqtisadi inkişafa təsiri araşdırılmışdır. Həmçinin Abşeron-Xızı iqtisadi rayonunun kənd təsərrüfatına aid göstəriciləri ümumi ölkə miqyasında olan göstəricilərlə müqayisəli şəkildə təhlil olunmuş və tədqiqat nəticəsində aşkar olunan problemlərin həlli yolları əsaslandırılmışdır.
Açar sözlər: kənd təsərrüfatı, əkinçilik, heyvandarlıq, bağçılıq, tərəvəzçilik, meyvəçilik, çiçəkçilik, üzümçülük, dekorativ bitkiçilik, diversifikasiya, suvarma sistemləri