Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Aydan Habil qızı Məhərrəmova
Azərbaycan Turizm və Menecment Universiteti
aydan.meherremova.1993@mail.ru 

İNTİHARIN QARŞISININ ALINMA YOLLARI

Açar sözlər: intihar, intihar haqda miflər və faktlar, intiharın qarşısının alınması
Keywords: suicide, myths and facts about suicide, suicide prevention
Ключевые слова: самоубийство, мифы и факты о самоубийстве, профилактика самоубийств

Giriş
 Dünyanın əsas bəlalarından birinə çevrilən intiharın səbəbləri və qarşısı alınma yolları ölkələr üzrə fərqli görülməkdədir. İntiharın qarşısını almağa yönələn tədbirlərin həyata keçirilməsi üçün ilk öncə intiharın mahiyyəti dərindən araşdırılmalı, onu öncədən bəlli edən xüsusiyyətlər öyrənilməli və diqqət yetirilməlidir. Artıq ölkələr üzrə intiharın əsas səbəbləri bəlli olduğu üçün mübarizə yollarına başlanılmışdır, qarşısı tam alınmasa da, azaldılmağa çalışılır.
 Qarşısı alınmaq məqsədi ön plana qoyulan intiharın ilk öncə əsas mahiyyətini izah edən faktlar araşdırılmalıdır. Faktlar araşdırılıb əsas mahiyyət öyrənildikdən sonra intiharın qarşısını almağa yönələn tədbirlər həyata keçirilə bilər. Bunun üçün intihara cəhd edəcək şəxs müəyyən edilməlidir və bunun əsas yolları bunlardır:
  • ilk öncə intiharın risk faktorları diqqət mərkəzinə yatırılmalı və təhlil olunmalıdır. İntiharın yaranma səbəbləri, risk faktorları hər hansı müəyyən hadisələrin, insan həyatında stress yaradan amillərin mənfi təsiri, ailənin hər hansı üzvünün intihar vasitəsi ilə həyatına son verməsi, insanın zorakılığa, stiqmalara, təhqirlərə məruz qalması, ağır xəstəliklərlə mübarizəyə çalışılması, şəxsi həyatda faciələrlə üzləşməsi və s. ola bilər. 

Baxış: 1074