2015-ci ildə baş verən devalvasiyanın Azərbaycan bank sektorunda kredit portfellərinə təsirinin qiymətləndirilməsi
Kamran Kərimli
Xülasə. Tədqiqatda 2015-ci ildə Azərbaycanda baş verən devalvasiya prosesinin bank sektorunun kredit portfelinin keyfiyyətinə təsirləri kompleks şəkildə və öncəki mühüm və etibarlı tədqiqatların nəticəsi əsas götürülməklə təhlil olunur. Tədqiqatın əsas məqsədi kəskin məzənnə dəyişikliklərinin bankların mənfəətlilik göstəriciləri, kapital adekvatlığı və dollarlaşma səviyyəsi üzərindəki destruktiv təsirlərini empirik məlumatlar əsasında ortaya qoymaqdır. Təhlillər göstərir ki, devalvasiya nəticəsində valyuta uyğunsuzluğu dərinləşmiş, qeyri-işlək kreditlərin (NPL) payı kəskin artaraq 21%-ə çatmış və bank sektorunun ümumi itkiləri 1.33 milyard ABŞ dollarını ötmüşdür, həmçinin böhran nəticəsində bəzi bankların fəaliyyətlərindən məhrum olaraq bağlanması vurğulanır. Əvvəlki etibarlı tədqiqatların nəticələrindən bəhrələnməklə, 2013–2018-ci illəri əhatə edən panel data analizləri məzənnə şoklarının bankların aktivlərinin gəlirliliyi (ROA) ilə mənfi korrelyasiya təşkil etdiyini təsdiqləyir. Tədqiqatda həmçinin bank sektorundakı struktur daralması, lisenziyaların ləğvi və post-böhran dövründə həyata keçirilən bərpa tədbirləri araşdırılır. Nəticə olaraq, gələcək makroiqtisadi şoklara qarşı dayanıqlığın artırılması üçün dollarlaşmanın azaldılması, "hecinq" mexanizmlərinin tətbiqi və kapital buferlərinin gücləndirilməsi kimi anti-böhran və strateji təkliflər irəli sürülür.
Açar sözlər: devalvasiya, bank sektoru, dollarlaşma, qeyri-işlək kreditlər, maliyyə sabitliyi, valyuta riski