Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/43/29-34

Sevda İsmayılova

 Bakı Dövlət Universiteti

 tarix üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0003-4450-6153

sevdaismayilova@rambler.ru

 

1930-cu illərin repressiyaları və Bakı Dövlət Universitetinin tələbələri

(1933-1936)

 

Xülasə

1930-cu illər repressiyaları Azərbaycanın milli-mənəvi dəyərlərinə böyük zərbə vurdu. Ali məktəblər içərisində BDU-da repressiyaya məruz qalmış tələbələrin sayı digər ali məktəblərdən çox olmuşdu. Məqalədə müstəqil fikrini söyləyən tələbələrin aqibətinin “demokratik və humanist” sovet rejiminin ədalətsiz siyasətinin qurbanı olması, onların sosial mənşələrini gizlətmək, əksinqilabçı-trotskiçi-zinovyevçı fəaliyyət, partiya və hökumət rəhbərini, xüsusən Stalini nüfuzdan salmaq və s. kimi ittihamlara məruz qalması, BDU-dan, komsomol sıralarından xaric edilmələri, azadlıqdan məhrum edilmələri, müxtəlif cəzalara məhkum edilmələri məsələsi araşdırılır. Universitet rektorlarının (xüsusən Balabəy Həsənbəyov (O özü də 1937-ci ildə repressiyaya məruz qaldı)) tələbələr haqqında rayonların Xüsusi Şöbələri, partiya, icraiyyə komitələrinə və digər ünvanlara göndərilən sorğuların təşkilatçısı olmaları kimi hallar şərh edilir. Sovet rejiminin Azərbaycan xalqının milli ruhunu məhv etmək üçün onun milli-mənəvi dəyərlərinə böyük zərbə vurması göstərilir.

Açar sözlər: 1933-1936-cı illər, repressiyalar, Bakı Dövlət Universiteti, tələbələr, sosial mənşə, əksinqilabçı-trotskiçi-zinovyevçi fəaliyyət, partiya və hökumət


Baxış: 577