DOI: https://doi.org/10.36719/2706-6185/59/82-86
14-15 yaşlı yeniyetmə futbolçuların texnik hazırlığının səmərəliliyinin inkişaf etdirilməsinin tədqiqi
Xülasə
Bu məqalə gənc futbolçuların (14-15 yaş) idman ixtisasının əsas mərhələsində texniki hazırlığının tədqiq edilməsi ilə ənənəvi reproduktiv yanaşmanın məhdudiyyətlərini nümayiş etdirir ki, bu da real həyatda oyun şəraitində kifayət qədər səmərəli olan texnikanın inkişafına gətirib çıxarır. Alternativ olaraq, motor hərəkətlərinin idrak emalının aktivləşdirilməsinə əsaslanan bir üsul təklif edilmişdir. Tədqiqat apardığımız qruplar aşağıdakılardan ibarət idi: bir nəzarət qrupu (ənənəvi təlim) (NQ), birinci eksperimental qrup - idrak dəstəyi ilə, multimedia texnologiyalarından istifadə ilə (EQ-1) ikinci eksperimental qrup isə bütün onlarsız (EQ-2) təşkil olunmuşdur. Nəticələr göstərdi ki, hərəki proseslərin, xüsusən də vizual əks əlaqə ilə inteqrasiyası texnikanın daha dərindən mənimsənilməsini asanlaşdırır. Futbolda texniki hazırlıq əvvəlcədən müəyyən edilmiş hərəkətlər toplusu deyil, yaranmış oyun vəziyyətlərində problemin həlli vasitəsi kimi təzahür etdirilir. Futbolda texniki hərəkətlərin icrası həmişə qavrama, qərar qəbul etmə və proqnozlaşdırma ilə bağlıdır. Bu məqalədə futbol texniki fəndlərinin təkmilləşdirilməsinin innovativ vasitələrini araşdırmağa çalışmışıq.
Açar sözlər: texniki hazırlıq, gənc futbolçular, koqnitiv yanaşma, multimedia dəstəyi, koqnitiv qabiliyyətlər, futbol hazırlıq prosesi, təlim-məşq prosesi