Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Seyranə Əflatun qızı Xəlilzadə
Azərbaycan Turizm ve Menecment Universiteti
seyrane.xelilzade@gmail.com

GÜRCÜSTANDA ETNİK MÜNAQİŞƏLƏR

Açar sözlər: Gürcüstan, Abxaziya, Acarıstan, Cənubi Osetiya, Cənubi Qafqaz, muxtariyyət, etnik münaqişələr
Key words: Georgia, Abkhazia, Adjara, South Ossetia, South Caucasus, autonomy, ethnic conflicts 
Ключевые слова: Грузия, Абхазия, Аджария, Южная Осетия, Южный Кавказ, автономия, этнический конфликт 

Tarix boyu Qafqaz ərəb, rus və türklərin qurduğu böyük dövlətlər arasında bufer zona olmuşdur [7, s.60]. Qafqazın bu quruluşu onun kiçik bir hissəsini təşkil edən Gürcüstana da aiddir. Qonşu ölkələrin şəxsiyyətlərini daşıyan xalqlar Gürcüstanın sərhəd bölgələrində yaşayırlar. Türkiyə ilə sərhədində müsəlmanların yaşadığı “Acarya”, Ermənistan ilə sərhədində ermənilərin yaşadığı “Cavaxeti”, Dağıstanla olan sərhədində dağıstanlılar yaşadığı “Kaxeti”, Azərbaycan ilə sərhədində azərbaycanlıların yaşadığı “Kveto Kartli” bölgəsi vardır. Bu sahələr kəskin bıçaq silsiləsinə bənzəyir. Bir tərəfdən qonşu ilə münasibətləri asanlaşdırır və yaxınlaşdırır, digər tərəfdən qonşusuna soydaş bəhanəsi ilə müdaxilə etməyə imkan verir. Gürcüstanda, bütün regionda olduğu kimi, fərqli etnik ünsürlər bir araya gəlmişdir [4, s.333]. Bunlardan ən əhəmiyyətlisi Megreller, Svan, Abxaz, Osetinlər, İnquşlar, Acarlar  və sayı getdikcə azalan Batlardır. Megreller və Svan cəmiyyətin əksəriyyətini təşkil edən və sistemdə problem yaşamayan qruplardır. 
Həm xristian, həm də sünni müsəlman əhalidən ibarət abxaz əhalisi Abxaziya bölgəsində muxtar respublika kimi yaşayır. Bu gün abxaz əhalisi daha çox Türkiyədə yaşayır. Abxaziya isə pravoslav xristian olaraq qalır və Abxaziyanın abxaz əhalisi cəmi 17% azlığı təşkil edir [6, s.29].


Baxış: 1169