QƏDİM DİYAR
Beynəlxalq Elmi Jurnal
ISSN: 2706-6185
e-ISSN: 2709-4197
DOI: 10.36719
–––––––––––––––––––––––––––––––––––––––––––––––––––
TƏHSİLİN QLOBAL İNKİŞAFINDA PEDAQOGİKA ELMİNİN ROLU
I BEYNƏLXALQ ELMİ KONFRANS
Elm sahələri
Ümumi pedaqogika
Sosial pedaqogika
Peşə və ixtisas pedaqogikası
Tezis qəbulunun son tarixi: 07.03.2026
Konfransın keçiriləcəyi tarix: 02.04.2026
Konfransın işçi dilləri: Azərbaycan və İngilis
“Azərbaycan Elm Mərkəzi” “Crossref” təşkilatının üzvü olduğu üçün
mərkəzdə çap olunan məqalələrə, konfrans materialları və tezis toplularına DOI: 10.36719 təyin edilir.
Müəlliflərə “Azərbaycan Elm Mərkəzi” tərəfindən Beynəlxalq Sertifikat verilir.
Konfrans materialının yazı qaydaları
- Tezisin formatı: Tezislər A4 formatında, 14 ölçüdə, 1,5 sətirarası məsafə ilə Times New Roman şriftlə yazılmalı, səhifənin aşağı, yuxarı, sağ-sol tərəflərində 2 sm boş məsafə buraxılmalıdır.
- Tezislərin həcmi: 1-5 səhifə arası olmalıdır.
- Müəllif: Tezislərdə müəllifin adı və soyadı (məs.: Leyla Qədirova), çalışdığı müəssisənin adı tam şəkildə, elmi dərəcəsi, elektron poçt ünvanı və telefon nömrəsi tezislərin başlığından əvvəl sağ tərəfdə yazılmalıdır. Təhsilini davam etdirən müəllif, təhsil pilləsinə uyğun olaraq, bakalavriat, magistrant və ya doktorant olduğunu qeyd etməlidir. Hazırda təhsil almayan və çalışmayan müəllif yalnız yaşadığı şəhər və ölkə adını qeyd etməlidir.
- Açar sözlər: 5 sözdən az olmayaraq Azərbaycan və ingilis dillərində yazılmalıdır.
- Ədəbiyyat: Əgər istinad varsa, tezislərin sonunda əlifba sırası ilə ədəbiyyat siyahısı yazılmalıdır.
- Tezis daxilində istinadlar iki formada yazılmalıdır: Mənbəyə ümumi olaraq istinad edilərsə, səhifə nömrəsi göstərilmədən (məs.: Qədirova, 2011), xüsusi olaraq bir səhifəyə istinad edilərsə, səhifə nömrəsi göstərilməklə (məs.: Qədirova, 2011, s. 87). Tezisdə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə, həmin dillərdə yazılmalı, digər dillərdə olarsa, latın qrafikasına transliterasiya edilməlidir.
- Plagiat hesabatı: Tezisin plagiatdan keçirilməsi hesabatı təqdim edilməlidir.
Konfrans ödənişlidir
e-mail: educator.bek@gmail.com
aem.az
Ünvan: Bakı şəh., Mətbuat pr., 529,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel: +994 51 467 11 15
+994 99 808 67 68
+994 12 510 63 99
Baxış: 1025