QƏDİM DİYAR
 Beynəlxalq Elmi Jurnal

 

   ISSN: 2706-6185

e-ISSN: 2709-4197

DOI: 10.36719
 
––––––––––––––––––––––––––––––––––––––––––––––––––– 

 

TARİX ELMLƏRİNDƏ MÜASİR TƏLƏBLƏR VƏ TƏDQİQATLAR

 

I BEYNƏLXALQ ELMİ KONFRANS 

 

Elm sahələri

Ümumi və Dünya Tarixi
Qədim və Orta Əsrlər Tarixi
Yeni və Müasir Dövr Tarixi

 

 Tezis qəbulunun son tarixi:               18.03.2026
 Konfransın keçiriləcəyi tarix:           15.04.2026
 
Konfransın işçi dilləri: Azərbaycan və İngilis 
 

“Azərbaycan Elm Mərkəzi” “Crossref” təşkilatının üzvü olduğu üçün 

mərkəzdə çap olunan məqalələrə, konfrans materialları və tezis toplularına DOI: 10.36719 təyin edilir. 

Müəlliflərə “Azərbaycan Elm Mərkəzi”  tərəfindən Beynəlxalq Sertifikat verilir. 

 
Konfrans materialının yazı qaydaları
 
  • Tezisin formatı: Tezislər A4 formatında, 14 ölçüdə, 1,5 sətirarası məsafə ilə Times New Roman şriftlə yazılmalı, səhifənin aşağı, yuxarı, sağ-sol tərəflərində 2 sm boş məsafə buraxılmalıdır.
  • Tezislərin həcmi: 1-5 səhifə arası olmalıdır.
  • Müəllif: Tezislərdə müəllifin adı və soyadı (məs.: Leyla Qədirova), çalışdığı müəssisənin adı tam şəkildə, elmi dərəcəsi, elektron poçt ünvanı və telefon nömrəsi tezislərin başlığından əvvəl sağ tərəfdə yazılmalıdır. Təhsilini davam etdirən müəllif, təhsil pilləsinə uyğun olaraq, bakalavriat, magistrant və ya doktorant olduğunu qeyd etməlidir. Hazırda təhsil almayan və çalışmayan müəllif yalnız yaşadığı şəhər və ölkə adını qeyd etməlidir.
  • Açar sözlər: 5 sözdən az olmayaraq Azərbaycan və ingilis dillərində yazılmalıdır.
  • Ədəbiyyat: Əgər istinad varsa, tezislərin sonunda əlifba sırası ilə ədəbiyyat siyahısı yazılmalıdır.
  • Tezis daxilində istinadlar iki formada yazılmalıdır: Mənbəyə ümumi olaraq istinad edilərsə, səhifə nömrəsi göstərilmədən (məs.: Qədirova, 2011), xüsusi olaraq bir səhifəyə istinad edilərsə, səhifə nömrəsi göstərilməklə (məs.: Qədirova, 2011, s. 87). Tezisdə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə, həmin dillərdə yazılmalı, digər dillərdə olarsa, latın qrafikasına transliterasiya edilməlidir.
  • Plagiat hesabatı: Tezisin plagiatdan keçirilməsi hesabatı təqdim edilməlidir.
 
Konfrans ödənişlidir 

e-mail: new.history.bek@gmail.com
aem.az 

Ünvan:           Bakı şəh., Mətbuat pr., 529,
                                         “Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
 
Tel:      +90 530 879 88 68
             +994 99  808 67 68
             +994 99  806 67 68
             +994 12  510 63 99
 
 
 

Baxış: 1015