QƏDİM DİYAR
 Beynəlxalq Elmi Jurnal

 

   ISSN: 2706-6185

e-ISSN: 2709-4197

DOI: 10.36719
 
––––––––––––––––––––––––––––––––––––––––––––––––––– 

 

GƏNC ETNOQRAFLARIN

II RESPUBLİKA ELMİ KONFRANSI 

 

MÖVZU: “İCMA, MƏDƏNİYYƏT VƏ ELMİ ƏMƏKDAŞLIQ


 

Elm sahələri

 

Humanitar və İctimai elmlər

 

 

 

 Tezis qəbulunun son tarixi:               01.02.2026

 Konfransın keçiriləcəyi tarix:          16.03.2026

 

Konfransın işçi dilləri: Azərbaycan və İngilis 
 

“Azərbaycan Elm Mərkəzi” “Crossref” təşkilatının üzvü olduğu üçün 

mərkəzdə çap olunan məqalələrə, konfrans materialları və tezis toplularına DOI: 10.36719 təyin edilir. 

Müəlliflərə “Azərbaycan Elm Mərkəzi”  tərəfindən Beynəlxalq Sertifikat verilir. 
 

Konfrans materialının yazı qaydaları

 

  • Tezislər A4 formatında, Times New Roman şriftlə, 12 pt ölçüdə, 1,5 sətirarası məsafə ilə yazılmalı, abzas 1,25 sm, səhifənin aşağı, yuxarı, sağ və sol tərəflərində 2 sm boş sahə saxlanılmalıdır.
  • Tezislərin həcmi 3–5 səhifə arası olmalıdır.
  • Tezislərdə müəllifin adı və soyadı  ortadan, böyük hərflərlə, qalın şriftlə, çalışdığı müəssisənin adı tam şəkildə, elmi dərəcəsi, elektron poçt ünvanı, ORCID kodu və telefon nömrəsi tezislərin başlığından əvvəl ortadan, kursivlə yazılmalıdır. Təhsilini davam etdirən müəllif, təhsil pilləsinə uyğun olaraq, bakalavriat, magistrant və ya doktorant olduğunu qeyd etməlidir. Hazırda təhsil almayan və çalışmayan müəllif yalnız yaşadığı şəhər və ölkə adını qeyd etməlidir.
  • Xülasə – 80–100 söz həcmində, Azərbaycan və İngilis dillərində, açar sözlər 5-7 sözdən az olmayaraq Azərbaycan və ingilis dillərində yazılmalıdır.
  • Əgər istinad varsa, tezislərin sonunda əlifba sırası ilə ədəbiyyat siyahısı yazılmalıdır.
  • Ədəbiyyata istinadlar APA 7 formatında verilməlidir.
  • Ədəbiyyat siyahısında son 5–10 ilin nəşrlərinə üstünlük verilməlidir.
  • Göndərilən tezislər plagiat olmamalıdır, bu mövzuda məsuliyyət müəllifin üzərinə düşür.
  • Tezislər ikili hakim (rəyçi) tərəfindən yoxlanıldıqdan sonra nəşrə tövsiyə olunacaq.
  • Göstərilən tələblərə cavab verməyən tezislər qəbul olunmur.

 

 

 

Konfrans ödənişlidir 
 

e-mail: ethno.studies24@gmail.com

aem.az 
 

Ünvan: Bakı şəh., Mətbuat pr., 529,

“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə

 

Tel:     +994 55 514 71 78

            +994 70 355 01 82

            +994 99 808 67 68

            +994 12 510 63 99

 

 

 


Baxış: 283