MƏQSƏD VƏ ƏHATƏ DAİRƏSİ
“Journal of Philological Studies” beynəlxalq elmi jurnal humanitar və ictimai elmlər üzrə orijinal və yüksək keyfiyyətli elmi məqalələr dərc edən resenziyalı, açıq girişli elmi nəşrdir. İl ərzində 4 sayı çap olunur.
Jurnal qlobal elmi ictimaiyyət üçün bir platforma olaraq, alimlər, tədqiqatçılar, mütəxəssislər, doktorantlar, magistrlər, müəllimlər və müvafiq sahələr üzrə təhsil alan tələbələrin öz elmi araşdırma nəticələrini və elmdə əldə etdikləri nailiyyətləri paylaşmaları və yaymaları üçün nəzərdə tutulmuşdur.
Məqsəd
“Journal of Philological Studies” beynəlxalq elmi jurnalının əsas məqsədi, beynəlxalq standartlara cavab verən yeni elmi tədqiqatların nəşri vasitəsilə elmi biliklərin qlobal miqyasda inkişafına töhfə verməkdir. Jurnal, açıq girişli elmi tədqiqatları dəstəkləməklə, elmi ideyaların mübadiləsinə və elmi əməkdaşlıqlara şərait yaratmağı hədəfləyir.
Əhatə dairəsi
Jurnalın əhatə dairəsinə aşağıdakı elm sahələri daxildir:
Dilçilik: Ümumi dilçilik, Tətbiqi dilçilik, Müqayisəli və tarixi dilçilik, Fonetik və fonoloji tədqiqatlar, Leksikologiya və leksikoqrafiya, Morfologiya və sintaksis, Semantika və praqmatika, Diskurs və mətn dilçiliyi, Sosiolinqvistika və psixolinqvistika, Korpus dilçiliyi, Terminologiyaşünaslıq.
Ədəbiyyatşünaslıq: Klassik və müasir ədəbiyyatın tədqiqi, Müqayisəli ədəbiyyatşünaslıq, Ədəbi nəzəriyyə və tənqid, Poetika və narratologiya, Folklor və şifahi xalq ədəbiyyatı, Ədəbi janrların tədqiqi, Postkolonial və mədəniyyətlərarası tədqiqatlar.
Filologiyanın əlaqəli sahələri: Tərcüməşünaslıq və tərcümə tədqiqatları, Mətnşünaslıq və paleoqrafiya, Dil və mədəniyyət əlaqələri, Humanitar diskurs araşdırmaları, Rəqəmsal humanitar elmlər.
Jurnal beynəlxalq nəşr etikası standartlarına və ciddi resenziya proseslərinə riayət etməklə, dərc etdiyi elmi araşdırmaların keyfiyyətini və etibarlılığını təmin edir.