Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/42/11-15

Qafqaz Abdurahmanov

Azərbaycan İlahiyyat İnstitutu

filologiya üzrə fəlsəfə doktoru

qafqazabdurrahmanov@ait.edu.az

https://orcid.org/0000-0003-3138-2796

 

İslam hüququ nöqteyi-nəzərindən genetik modifikasiya olunmuş

(GMO) orqanizmlər

 

Xülasə

Dünya əhalisinin sürətlə artması və ərzaq qıtlığı kimi problemlər dünya ölkələrini ərzaq təhlükəsizliyi haqqında tədbirlər görməyə təşviq edir. Müasir biotexnolojı metodlar vasitəsilə artıq genetik modifikasiya olunmuş məhsulların əldə edilməsi mümkündür. Bu texnologiya vasitəsilə əldə edilən genetik modifikasiya olunmuş orqanizmlər qida təhlükəsizliyi probleminin aradan qaldırılmasının həll yollarından biri olaraq təqdim edilmişdir. Buna rəğmən, dünya bazarına çıxa­rıldığı gündən etibarən genetik modifikasiya olunmuş məhsulların istehsal və istehlakı əxlaqi, tibbi və dini cəhətlərdən müzakirələrə səbəb olmuşdur. Heç şübhə yoxdur ki, genetik modifikasiya olunmuş məhsullar halallıq və haramlıq baxımından İslam hüquqşünaslarının da nəzər-diqqətini cəlb etmişdir. Bu məqalədə genetik modifikasiya olunmuş məhsullar və onların istehlakı İslam dini nöqteyi-nəzərindən müzakirə ediləcəkdir.

Açar sözlər: İslam hüququ, biotexnologiya, orqanizm, modifikasiya, qida


Baxış: 330