https://doi.org/10.36719/2663-4619/106/9-14
Kənan Əhmədov
Bakı Dövlət Universiteti
doktorant
ABŞ‒Çin rəqabətinin hücum realist perspektivindən təhlili
Xülasə
Cənubi Çin dənizi zəngin enerji ehtiyatlarına və strateji dəniz ticarət yollarının kəsişməsində yerləşməsinə görə qlobal geosiyasi tarazlıqlarda mühüm rol oynayır. Regionda təhlükəsizlik narahatlıqları və müxtəlif aktorlar arasında münaqişə potensialı Cənubi Çin dənizinin geosiyasi əhəmiyyətini artırır. Dəniz sərhədləri ilə bağlı mübahisələr, suverenlik iddiaları və regionda artan hərbi mövcudluq Cənubi Çin dənizini potensial təhlükəsizlik təhdidinə və münaqişə zonasına çevirir. Bu vəziyyət xüsusilə ABŞ və Çin arasında rəqabətin regionda təhlükəsizlik və sabitliyi formalaşdıran mühüm dinamika çevrilməsinə səbəb olur.
Çin Cənubi Çin dənizindəki adalara və dəniz ərazilərinə iddiaları ilə bölgədə suverenlik mübarizəsini qızışdırır. Süni adaların tikintisi və hərbi bazaların yaradılması Çinin dəniz iddialarını gücləndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Bu addımlar Çinin regionda dəniz gücü kimi yüksəlişini nümayiş etdirsə də, bölgədəki qüvvələr balansına dərindən təsir edir. Üstəlik, bu vəziyyət ABŞ-nin regional təhlükəsizliyi təmin etmək siyasətinə meydan oxuyur. Çinin artan təsiri təkcə onun regional dəniz sərhədlərinə iddialarını deyil, həm də beynəlxalq hüququn pozulmasını və potensial regional qeyri-sabitliyi vurğulayır.
Açar sözlər: Çin, xarici siyasət, Cənubi Çin dənizi, ABŞ
Kanan Ahmadov
Baku State University
Ph. D. student
Analysis of U.S.A‒China Competition from an Offensive Realist Perspective
Abstract
The South China Sea plays an important role in global geopolitical balances due to its rich energy resources and its location at the crossroads of strategic maritime trade routes. Security concerns in the region and the potential for conflict between various actors increase the geopolitical importance of the South China Sea. Disputes over maritime boundaries, sovereignty claims and a growing military presence in the region make the South China Sea a potential security threat and conflict zone. This situation, especially between the United States and China, makes the competition an important dynamic that shapes security and stability in the region.
China is fueling a sovereignty struggle in the region with its claims to islands and maritime territories in the South China Sea. The construction of artificial islands and the establishment of military bases are seen as part of China's strategy to strengthen its maritime claims. While these moves demonstrate China's rise as a maritime power in the region, they deeply affect the balance of power in the region. Moreover, this situation challenges the US policy of ensuring regional security. China's growing influence highlights not only its claims to regional maritime boundaries, but also violations of international law and potential regional instability.
Keywords: China, foreign policy, South China Sea, USA