DOI: https://doi.org/10.36719/2706-6185/22/46-53

Aynurə Qurbanova 

Odlar Yurdu Universiteti 

dissertant 

aynuragurbanova84@gmail.com


SÖYLƏMLƏRİN ÜST QATDA SEMANTİK ƏLAMƏTLƏRİ


Xülasə

 Formal feili xəbəri olmayan konstruksiyalar spontanlığın səciyyəvi olduğu  danışıq dilində geniş yayılmışdır. Semantik strukturun elementlərindən biri üst qatda ifadə olunmadığı ellipsis hadisəsində ifadə olunmayan elementin yerinin doldurulmasının mənbəyi kimi dialoq və danışığın kontekstləri çıxış edir. Obyektiv gerçəklik situasi­ya­sının hər hansı bir elementinin no­mi­nasiya vasitəsi kimi çıxış edən elliptik söyləm­lərin forma­laş­masında linqvistik kon­tekst­lə müqayisədə konsituasiyanın təsiri daha qabarıqdır. Elliptik söyləmlərin səciyyəvi əlaməti kontekstdə xatırlanmayan, yəni semantik cəhətdən informasiyanın ötürül­məsi üçün vacib olmayan feili xəbərin olmaması, konsitu­asiya və danışığın baş verdiyi situasiya ilə sıx bağlılığıdır ki, məhz bunun sa­yəsində bu tip söyləmlər kommunikativ cəhətdən funksionallıq əldə edə bilir. Bu tip söyləm­lərdə emosiyanın və yaşantıların ifa­dəsində intonasiya xüsusi rol oyna­yır - emosional­lığın gücü elliptik söyləmlərin struktur baxımdan nata­mam­lığı ilə düz mütənasibdir, yəni söyləm qısa olduqca, onların into­na­siyası bir o qədər qabarıq şəkildə ifadə olunur.

Açar sözlər: söyləm, üst qat, semantik struktur, elliptik söyləm, presuppozisiya hadisəsi


Aynura Gurbanova

Odlar Yurdu University

dissertatist

aynuragurbanova84@gmail.com


Semantic features of utterance at the upper layer


Abstract

In colloquial speech, constructions without a formal verb are widespread, which are characterized by spontaneity. In the case of an ellipsis, when one of the elements of the semantic structure is not expressed in the upper layer, the source of diolization of the place of the unexpressed element is the contexts of dialogue and conversation. The influence of the constitution is more pronounced than the linguistic context in the formation of an elliptical expression, which acts as a means of nominating any element of the situation of objective reality. A characteristic feature of elliptic utterances is the absence of a verb that is not mentioned in the context, that is, semantically not important for conveying information, and closely related to the context and situation in which the conversation takes place, thanks to which this type of utterance can acquire communicative functionality. Intonation plays a special role in expressing emotions and experiences in these types of utterances. The strength of emotionality is directly proportional to the structural incompleteness of elliptical utterances, that is, the shorter the utterance, the more pronounced their intonation.

Keywords: utterance, superposition, semantic structure, ellipticalu utterance, presuppositional event 

MƏQALƏNİ YÜKLƏ [313,92 Kb] (yüklənib: 23)


Baxış: 219
Redaktə et
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
elmmerkezi@aem.az, info@aem.az