ELMİ TƏDQİQAT
Beynəlxalq Elmi Jurnal
e-ISSN: 2789-6919
DOI: 10.36719
İmpakt Faktor: 1.172
–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––
“ELM VƏ TƏHSİLİN ƏSASLARI”
XI BEYNƏLXALQ ELMİ KONFRANS
Elm sahələri
Humanitar və İctimai elmlər
Təbiət elmləri
Riyaziyyat və Mexanika
Texnika elmləri
Əlyazma qəbulunun son tarixi: 29.11.2024
Konfransın keçiriləcəyi tarix: 09.12.2024
Konfransın işçi dilləri: Azərbaycan və İngilis
“Azərbaycan Elm Mərkəzi” “Crossref” təşkilatının üzvü olduğu üçün
mərkəzdə çap olunan məqalələrə, konfrans materialları və tezis toplularına DOI: 10.36719 təyin edilir.
Müəlliflərə “Azərbaycan Elm Mərkəzi” tərəfindən Beynəlxalq Sertifikat verilir.
Konfrans materialının yazı qaydaları
- Tezislər A4 formatında, 14 ölçüdə, 1,5 sətirarası məsafə ilə Times New Roman şriftlə yazılmalı, səhifənin aşağı, yuxarı, sağ-sol tərəflərində 2 sm boş məsafə buraxılmalıdır.
- Tezislərin həcmi 1-3 səhifə arası olmalıdır.
- Tezislərdə müəllifin adı və soyadı (məs.: Sədi Zamanov), çalışdığı müəssisənin adı tam şəkildə, elmi dərəcəsi, elektron poçt ünvanı və telefon nömrəsi tezislərin başlığından əvvəl sağ tərəfdə yazılmalıdır. Təhsilini davam etdirən müəllif, təhsil pilləsinə uyğun olaraq, bakalavriat, magistrant və ya doktorant olduğunu qeyd etməlidir. Hazırda təhsil almayan və çalışmayan müəllif yalnız yaşadığı şəhər və ölkə adını qeyd etməlidir.
- Açar sözlər 5 sözdən az olmayaraq yazılmalıdır. Məqalə Azərbaycan dilində yazılarsa, açar sözlər Azərbaycan və ingilis dillərində və ya ingilis dilində yazılarsa, açar sözlər ingilis və Azərbaycan dillərində yazılmalıdır. Əgər məqalə türk və rus dillərində yazılarsa, açar sözlər məqalənin yazıldığı dildə, həmçinin Azərbaycan və ingilis dillərində yazılmalıdır.
- Əgər istinad varsa, tezislərin sonunda əlifba sırası ilə ədəbiyyat siyahısı yazılmalıdır.
- Tezisin daxilində istinadlar iki formada yazılmalıdır: mənbəyə ümumi olaraq istinad edilərsə, səhifə nömrəsi göstərilmədən (məs.: Zamanov, 2011), xüsusi olaraq bir səhifəyə istinad edilərsə, səhifə nömrəsi göstərilməklə (məs.: Zamanov, 2011, s. 87).
- Tezisdə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə, həmin dillərdə yazılmalı, digər dillərdə olarsa, latın qrafikasına transliterasiya edilməlidir.
Konfrans ödənişlidir
e-mail: bek.tedqiqat@aem.az
info@aem.az
Ünvan: Bakı şəh., Mətbuat pr., 529,
«Azərbaycan» Nəşriyyatı, 6-cı mərtəbə
https://aem.az
Tel: +994 50 209 59 68
+994 99 807 67 68
+994 99 808 67 68
+994 12 510 63 99