Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Sevda Səfa qızı Rüstəmli
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 
Qonce.001@gmail.com

FRANSA İNCƏSƏNƏTİNİN FORMALAŞMASINDA JAN ANTUAN QUDON VƏ
FRANSUA BUŞENİN ROLU

Açar sözlər: Fransa, incəsənət, heykəltaraşlıq, forma, inkişaf, təsir
Key words: France, art, sculpture, form, development, influence  
Ключевые слова: Франция, искусство, скульптура, форма, развитие, влияние

Fransa heykəltaraşlığı ümumdünya incəsənətində özünəməxsus yerə malikdir. Belə bir heykəltaraşlıq məktəbinin Fransada formalaşmasında Jan Antuan Qudon və Fransua Buşenin əvəzsis rolu vardır.
Bu formalaşma əsasən XVII və XVIII əsr Fransada hakim olan incəsənət mühütündən təsirlənmişdir. Qeyd etmək lazımdır ki, XVII əsrdə Fransa mədəniyyəti mütləqiyyətin möhkəmlənməsi ilə əlaqədar olaraq, yeni yüksəliş dövrü keçirirdi. O zamanın qabaqcıl fəlsəfi görüşləri (Dekart fəlsəfəsi) elmin, ədəbiyyatın və incəsənətin bütün sahələrinə təsir göstərmişdi. Fransa incəsənətində klassisizm əsas istiqamətverici cərəyan sayılırdı. Bundan əlavə, XVII əsr Fransa incəsənətində realizm ənənələri də dərin kök salmışdı. 


Baxış: 997