Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Güldən Dönməz qızı Nəsirova
Bakı Slavyan Universiteti 
gulu.nasirova@inbox.ru

“KİTABİ – DƏDƏ QORQUD” DASTANINDA FEİL

Açar sözlər: feil, feili sifət, feili bağlama, sadə feillər, düzəltmə feillər, mürəkkəb feillər, feilin şəkilləri  
Key words: a verb, a participle, a verbal adverb, the simple verbs, derivative verbs, difficult verbs, verb inclinations  
Ключевые слова: глагол, причастие, деепричастие, простые глаголы, производные глаголы, сложные глаголы, наклонения глагола 
 
Giriş
Feillər həm leksik tərkibinin, həm də qrammatik kateqoriyalarının zənginliyinə görə başqa nitq hissələrindən fərqlənir. Azərbaycan dili hər zaman başqa dillərin təsirinə məruz qalsa da yad ünsürlər feillərə öz təsirini göstərə bilməmişdir. 
Hətta klassik ədəbi dilimizdə də feillərin milli xüsusiyyətlərinə yad təsirlərinə rast gəlmirik.
Müasir Azərbaycan dilində olduğu kimi Azərbaycan dilinin ilk formalaşma dövründə də feil morfoloji cəhətdən rəngarəngliyinə görə digər nitq hissələrindən fərqlənmişdir.
Azərbaycan dilinin feilləri ona məxsus olan aşağıdakı əlamət və xüsusiyyətlərlə başqa nitq hissələrindən seçilir.
1. Feillərin iş görəni, iş icra edəni olur.
2. Feillərdə inkarlıq kateqoriyası vardır.
3. Feillərdə təsirlik və təsirsizlik kateqoriyası vardır.
4. Feillərdə növ kateqoriyası vardır.
5. Feillərdə zaman kateqoriyası vardır.
6. Feillərdə şəxs və kəmiyyət kateqoriyaları vardır.(bu kateqoriyalar isimlərdə də özünü göstərir).
7. Feillərdə xüsusi və ümumi şəkil vardır.
8. Feillərin törəmələri (feili isim - məsdər, feil sifət və feili bağlama) vardır. (6, 118).


Baxış: 1382