Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Kifayət Qurban qızı Mənsimova
ADPU nəzdində Pedaqoji kollec
kifayetmnv@gmail.com

PERFEKSİONİZM: SƏBƏBLƏRİ VƏ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ
Xülasə

Perfeksionizm - mürəkkəb haldır, onun təsiri insan həyatının bütün sahələrini əhatə edə bilər. Normal “perfeksionizm” zamanı insan səyli işdən məmnun olur, özünü inkişafa və nəticələrin yaxşılaşdırılmasına can atır, bununla belə öz şəxsiyyət və ya vəziyyət  mükəmməlliyinin hüdudunun olması faktını qəbul etmək qabiliyyətində olur. Nevrotik perfeksionizm zamanı insana hər şey yetəri qədər mükəmməl görsənmir. Dərinlərə kök salan tam dəyərli olmama və zəiflik hissi onu həddən artıq özünü dağıdıcı səylər dairəsinə çəkir və hər bir iş və ya vəzifə növbəti təhdidedici çağırışa çevrilir. Perfeksionizm bütün neqatif psixoloji hallarda olduğu kimi əslində dərin səbəblərlə izah olunur. Bu səbəblər sırasında aşırı dərəcədə vicdanlı olmaq, özünə qarşı yüksək tənqidi yanaşma və bəzən bu yanaşmaları digərlərindən də gözləməyi qeyd etmək olar. İnsanlar arasında risk qrupuna o kəslər aid olunur ki, onların inkişaf etmək və nailiyyət əldə etmək istəyi həddi aşmış olur.

Açar sözlər: perfeksionizm, neqativ perfeksionizm, pozitiv perfeksionizm, natamamlıq hissi, gərginlik, stress, depressiya




Baxış: 1257