Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Sevinc Tofiq qızı Kərimova
Bakı Slavyan Universiteti

ÖMÜRLƏRDƏ YAŞAYAN ÖMÜR

   Müəllimim haqqında danışmaq mənim üçün nə qədər çətin və məsuliyyətlidirsə, etiraf edim ki, bir o qədər də xoş və qürurvericidir. Onunla ilk tanışlığım Bakı Slavyan Universitetinin magistr pilləsində təhsil aldığım illərdə baş verdi. Divardan asılmış dərs cədvəlində beləcə də yazılmışdı: Seçmə fənn – professor İ.Z.Qasımov. Əksər tələbələr kimi biz də tanımadığımız müəllimin auditoriyaya gəlişini səbirsizliklə gözləyirdik.
İkram müəllimin həlim xasiyyətinə, sadəliyinə, səmimi danışığına, sakit, özünəməxsus səs tembrinə, bütün bunlarla yanaşı ziyasına, elminə valeh olmamaq mümkün deyildi. İkram müəllim dilçiliyin müxtəlif sahələrindən, fərqli məsələlərdən, dilçilikdə mübahisə doğuran məqamlardan o qədər peşəkar, eyni zamanda sadə və anlaşılan şəkildə danışardı ki, biz onu dinləməkdən zövq alardıq. Artıq o illərdə qətiləşdirdim ki, doktoranturada təhsilimi davam etdirsəm, elmi rəhbərim mütləq professor İkram Qasımov olacaq. 




Baxış: 839